Mühəndislik və tikinti

İstənilən səviyyəli tikinti-quraşdırma işləri

Layihələndirmə, təchizat, quraşdırma və işəsalma — vendor siyahılarında təsdiq olunmuş subpodratçıdan tam tsikl üzrə xidmət.

Baş podratçıların etibarlı tərəfdaşı

Tikinti bazarında subpodratçı kimi çıxış edirik: elektrik, mexanika və zəif cərəyan sistemləri, daxili tamamlama işləri və paylayıcı lövhələrin istehsalı öz briqadalarımız tərəfindən yerinə yetirilir. Sifarişçilərimiz arasında telekommunikasiya operatorları, data mərkəzləri və pərakəndə satış şəbəkələri var.

Komandamız beynəlxalq sifarişçilərin vendor siyahısı prosedurlarından uğurla keçib: sənədləşmə, HSE tələbləri, sığorta və keyfiyyət nəzarəti üzrə tam uyğunluğu təmin edirik.

AZENET — lövhə istehsalı

Mühəndislik və tikinti

Xidmət istiqamətləri

01

Elektrik quraşdırma işləri

Güc və işıqlandırma şəbəkələri, kabel trasları, paylayıcı lövhələr, torpaqlama və ildırımdan mühafizə.

02

Mexaniki işlər və HVAC

Havalandırma, kondisionerləşdirmə, istilik və soyutma sistemlərinin quraşdırılması, balanslaşdırılması və işə salınması.

03

Zəif cərəyan sistemləri

Videomüşahidə (CCTV), giriş-çıxış nəzarəti (ACS), yanğının aşkarlanması və xəbərdarlıq sistemləri, strukturlaşdırılmış kabel şəbəkəsi (SKŞ).

04

Paylayıcı lövhələrin istehsalı

ATS/AVR, əsas və qrup paylayıcı lövhələri, idarəetmə şkafları — öz seximizdə yığılma, sınaqlar, FAT və obyektdə quraşdırma.

05

Binaların avtomatlaşdırılması

BMS və RMS sistemləri, otel otaqlarının idarə edilməsi, enerji monitorinqi və inteqrasiya.

06

Telekom və DAS

Mobil siqnalın binadaxili gücləndirilməsi, aktiv və passiv şəbəkə infrastrukturu, server otaqları.

07

Daxili tamamlama işləri

Pərakəndə satış və ofis məkanlarının «açar təslimi» şərti ilə tamamlanması: tavanlar, işıqlandırma, vitrinlər və brend elementləri.

08

Layihələndirmə və sənədləşmə

İşçi layihələr, hesablamalar, icra sənədləri (as-built) və təhvil-təslim sənədləri paketi.

İş prosesimiz

Layihələndirmə

Texniki tapşırığın dəqiqləşdirilməsi, hesablamalar və montaj sxemləri.

Təchizat

Material və avadanlıqların rəsmi kanallarla, sertifikatlarla birlikdə təchizatı.

Quraşdırma

Montaj işləri öz briqadalarımızla, qrafikə və HSE qaydalarına tam riayət etməklə aparılır.

İşəsalma

Sınaqlar, tənzimləmə, icra sənədləri və obyektin təhvili.

Standartlar və təhlükəsizlik

İşlərin icrasında beynəlxalq normalar və istehsalçı tələbləri əsas götürülür
HSE: risklərin qiymətləndirilməsi, iş icazəsi sistemi, fərdi mühafizə vasitələri
Sertifikatlı materiallar və avadanlıq — Schneider Electric və digər aparıcı brendlər
Hər mərhələdə foto-hesabat və keyfiyyət nəzarəti protokolları
İşlərin sığortalanması və zəmanət öhdəlikləri
AZENET — obyektdə quraşdırma işləri

Tenderiniz və ya layihəniz var?

İş həcmləri cədvəlini (BOQ) göndərin — qısa müddətdə kommersiya təklifi hazırlayaq.

Sorğu göndərin